Məşhur türkiyəli aktyorun beyninə qan sızdı, vəziyyəti ağırdır

20 Avqust 2021 07:25

Tanınmış türkiyəli aktyor Məsud Akusta xəstəxanaya yerləşdirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, aktyorun beyninə qan sızıb.

Reanimasiyada müalicəsi davam etdirilən aktyorun vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, aktyor TRT-də yayımlanan "Təşkilat" teleserialında "Mete bey" xarakterinə həyat verir.

Milli.Az