Mahir Emreli "Legiya"nın heyətində Avropa Liqasında ilk qolunu vurub

19 Avqust 2021 21:47

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" komandasının heyətində UEFA Avropa Liqasında ilk qolunu vurub.

Milli.Az "Report"a istinadən bildirir ki,  24 yaşlı hücumçu pley-off mərhələsinin Çexiyada "Slaviya" ilə ilk görüşündə fərqlənib.

Meydana start heyətində çıxan Emreli 20-ci dəqiqədə hesabı açıb. Hazırda "Legiya" bu qolla öndədir - 1:0.

Milli.Az