Əhaliyə qəti xəbərdarlıq edildi, avqustun 23-ü axşamadək...- RƏSMİ

19 Avqust 2021 21:38

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosu Bakıda və Abşeronda gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

Avqustun 23-ü axşamadək Bakıda və Abşeron yarımadasında bürkülü-isti hava şəraitinin davam edəcəyi, zəif cənub-şərq küləklərinin üstünlük təşkil edəcəyi, havanın maksimal temperaturunun 35-38°, bəzi yerlərdə 40°-yə yaxın olacağı gözlənilir.

Milli.Az