Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir - FOTO

19 Avqust 2021 18:45

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçiriləcək "Tank biatlonu" müsabiqəsində iştirak edəcək tankçılarımız hazırlıqlarını davam etdirir.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Komandamızın heyəti yarışa qatılacaqları tankların ştat silahlarından yoxlama atışları icra ediblər.

Birinci divizionda Belarusiya, Serbiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 24-də başlayacaqlar.

Milli.Az