"Apple" "Google"ni geridə qoydu - FOTO

15 Fevral 2012 18:46
O, ABŞ-da 13 ildən bəri hazırlanan istehlakçı rəqabətləri reytinqində 59 nəhəng şirkəti geridə qoyaraq lider olub.

Reytinqdə 2-ci yerdə "Google"dur. Facebook isə ümumiyyətlə, reytinqə düşməyib.
Reytinqin ilk onluğunda sonrakı yerlərdə "The Coca Cola Company", "Amazon.com", "Kraft Foods", "The Walt Disney Company", "Jhonson&Jhonson", "Whole Foods Market", "Microsoft" və UPS var.

"Samsung" korporasiyası 13-cü, "PepsiCo" - 17-ci yerdədir.

Milli.Az NTVMSNBC-yə istinadən bildirir ki, "Harris Interactive" şirkətinin hazırladığı ənənəvi "İstehlakçı Etibarı reytinqi" ndə illərdən bəri lider mövqeyi tutmuş "Google"ni devirməyi bacaran "Apple"nin uğurunun sirri müştərilərin istəklərini maksimal miqyasda nəzərə almağa çalışmasıdır.

Ötənilki reytinqdə 5-ci yeri tutan "Apple"nin sosial təminat məsuliyyəti, əməkdaşlarının iş şəraiti, istehsal etdiyi məhsulların keyfiyyəti və s. amillər nəzərə alınıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.