Əfqanıstanın Cəlalabad şəhərində "Taliban" yaraqlılarının atəş açması və izdiham nəticəsində 4 nəfər həlak olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb. Qeyd olunur ki, insident Müstəqillik günü ilə əlaqədar keçirilən mitinq zamanı baş verib.
Bildirilir ki, daha 4 nəfər "Taliban" üzvləri tərəfindən saxlanılıb.
Bununla yanaşı, Əsədabad şəhərində talibançıların Əfqanıstanın milli bayrağını nümayiş etdirən avtomobilləri atəşə tutması nəticəsində 3 nəfər həlak olub.
Milli.Az