"Fənərbağça"nın futbolçusu İngiltərə klubuna keçib

19 Avqust 2021 19:18

Türkiyə "Fənərbağça"sı futbolçusu Ozan Tufanı İngiltərənin "Uotford" komandasına icarəyə verib.

Milli.Az report-a istinadən bildirir ki, 26 yaşlı yarımmüdafiəçi cari mövsümü Premyer Liqa təmsilçisində keçirəcək.

"Uotford" gələn yay Türkiyə millisinin üzvünü birfədəlik transfer edə bilər.

Qeyd edək ki, Ozan Tufan ölkəsində "Bursaspor" və "Alanyaspor"un da formasını geyinib.

Milli.Az