İkinci dəfə ana oldu

19 Avqust 2021 18:24

36 yaşlı amerikalı aktrisa Skarlett Yohanson ikinci dəfə ana olub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktrisanın həyat yoldaşı Kolin Jost məlumat yayıb. O, oğluna Kosmo adını verdiklərini açıqlayıb.

Qeyd edək ki, Skarlettin 6 yaşında Rouz adlı bir qızı da var. 39 yaşlı Kolin isə ilk dəfə ata olub.

Milli.Az