Bu ölkədə də uşaq iflici virusu aşkarlandı

19 Avqust 2021 19:42

Qambiyada uşaq iflici virusu aşkarlanıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qambiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Hökumət epidemiyanı dayandırmaq üçün peyvənd kampaniyası hazırlayıb.

Qeyd edək ki, indiyədək Uqanda, Benin, Burkina-Faso, Kamerun, Efiopiya, Mali, Niger, Çad və Sudan kimi ölkələrdə uşaq iflici virusu aşkar edilib.

Milli.Az