"Aberdin"in rəhbərinə Ağdam məscidinin maketi təqdim olundu

19 Avqust 2021 20:32

Konfrans Liqasının pley-off mərhələsində hazırda keçirilən "Qarabağ" - "Aberdin" (Şotlandiya) matçından əvvəl iki klub rəhbərliyinin görüşü olub.

Görüşdə "Qarabağ"ı Ağdam təmsilçisinin idarə heyətinin üzvü Fevzihan Aras, "Aberdin"i isə klubun idarə heyətinin sədri Deyv Kormak təmsil edib. 

"Aberdin" rəsmisinə Ağdam məscidinin  maketi olan xatirə hədiyyəsi təqdim edilib.

Milli.Az