“Mercedes” motosikletlə toqquşdu - Sürücü öldü

19 Avqust 2021 15:46

Yevlaxda bir nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib. 

Milli.Az bildirir ki, hadisə rayonun Qarxun kəndində qeydə alınıb. Belə ki, Ağdaş rayon sakini 1997-ci il təvəllüdlü Əlizadə Çingiz Nadir oğlu motosiklet ilə hərəkətdə olarkən "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Motosikletin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az