Bakının bu hissəsində işıqforlar quraşdırılıb

19 Avqust 2021 14:10

Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində aparılan təhlillər əsasında işıqfor obyektləri quraşdırılıb.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, eyni zamanda Nazim İsmayılov və Yavər Əliyev küçələrinin kəsişməsindəki işıqfor obyektləri ləğv edilib.

Milli.Az