"Taliban" Əfqanıstan həbsxanalarındakı siyasi məhbusların azad olunması ilə bağlı qərar qəbul edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Taliban" sözçüsü Qari Yusif Əhmədi bildirib.
"İslam Əmirliyinin Ali Rəhbəri Şeyx Əl-Hədis Heybətulla Axundzadə (Hafizulla) siyasi məhbusların həbsxanalardan buraxılması barədə göstəriş verib. Vilayətlərin rəhbərləri ölkə həbsxanalarında olan bütün siyasi məhbusları qeyd-şərtsiz azad edəcək və ailələrinə təhvil verəcək", - deyə o vurğulayıb.
Milli.Az