Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 921 yoluxma halı qeydə alınıb, 58 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 501 297, xəstəlikdən ölənlərin sayı isə 6 590 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 436 977 nəfərin sağaldığı bildirilir.
Milli.Az