Ermənistanda hərbi hissələrdən birində üç hərbi qulluqçunun meyiti tapılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ölkənin cənub-şərqində yerləşən hərbi hissələrdən birinin mühafizə olunan ərazisində meyiti tapılan Murad Muradyan, Levon Arutyunyan və Qor Saakyanın (hər üçü 2002-ci il təvəllüdlü) üzərində güllə yaraları olub.
Araşdırma aparılır.
Milli.Az