Azərbaycan və ABŞ hərbçiləri birgə seminar keçirəcək

1 May 2010 14:48
Belə ki, plana əsasən, mayın 3-dən 7-dək Bakıda Azərbaycan və Amerika hərbiçiləri "Tabor və briqada səviyyəsində əməliyyat zabitlərinin vəzifələri" mövzusunda birgə seminar keçirəcək.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, eyni zamanda, mayın 5-dən dekabrın 12-dək ABŞ-ın San-Antonio şəhərində "Patrul katerinin idarə edilməsi" kursu və mayın 5-dən 2011-ci il yanvarın 25-dək "Hava əməliyyatları zabiti" kursu keçiriləcək.

Xatırladaq ki, Azərbaycan tərəfi iş planına uyğun olaraq bu ilin mayında Bakıda keçirilən Amerika-Azərbaycan birgə hərbi təlimlərindən imtina edib.

Mətbuat xidmətinin may ayında Müdafiə Nazirliyinin tədbirlər planı ilə bağlı yaydığı məlumatında Azərbaycan-Amerika hərbi təlimləri yer almayıb.

/Turan/