Lənkəranda istirahət mərkəzində yanğın olub

19 Avqust 2021 09:34

Lənkəran şəhərinin Xolmili kəndində ümumi sahəsi 500 m² olan istirahət mərkəzi kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az