Xəzərdə batan şəxsi xilas edən idmançı özü boğulub

18 Avqust 2021 22:35

1993-cü il təvəllüdlü Abşeron rayon sakini Ağayev Orxan Adil oğlu Xəzər dənizinin Sumqayıt sahilində batan şəxsi xilas edərkən batıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 28 yaşlı gəncin idmançı olduğu bildirilir.

İdmançı batan şəxsi xilas etsə də, özü boğulub.

Onun cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az