İki həftə gəmidə ac-susuz qalan 47 nəfər öldü

18 Avqust 2021 20:20

Şimali Afrikanın Atlantika sahillərindən Kanar adalarına gedən gəmidə problem meydana çıxıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Bildirilib ki, problem səbəbindən gəmidəki 47 nəfər iki həftə ac-susuz qalıb.

Nəticədə gəmidə olan 47 nəfərin hamısı ölüb.

Milli.Az