Rusiya şirkəti Krasnoyarskdan Bakıya uçuşlara başlayır

18 Avqust 2021 19:12

Rusiyanın "Aeroflot" hava yolu şirkəti payızda Krasnoyarskdan Bakı, Novosibirsk, Tümen və Fərqanəyə (Özbəkistan) dörd yeni istiqamətdə uçuşlara başlayır.

"İnterfaks-Azərbaycan" məlumat verir ki, Bakıya uçuşlar şənbə günləri təşkil ediləcək (5 saat 30 dəqiqə).

Bütün elan edilmiş uçuşlar "Boeing-737-800" təyyarələri ilə icra ediləcək.

Milli.Az