Bu generallar ehtiyata BURAXILDI

18 Avqust 2021 13:33

Dövlət Sərhəd Xidməti rəisinin iki müavini ehtiyata buraxılıb.

Bu barədə Milli.Az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu gün DSX-nin aparatında Azərbaycan Sərhəd Müha­fizə­si­nin 102-ci ildönümü münasibətilə təntənəli mərasim çərçivəsində DSX rəisinin Silahlı Qüvvələrin ehtiya­tına buraxılmış sabiq müavinləri general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov DSX-nin döyüş bayrağı ilə vidalaş­ıblar.

Milli.Az