Məşhur porno ulduzdan Əfqanıstan prezidenti ilə bağlı İDDİA - FOTO

18 Avqust 2021 23:25

Ərəb əsilli məşhur pornoulduz Mia Xəlifə Əfqanıstan Prezidenti Əşrəf Qani ilə bağlı yeni iddia səsləndirib.

Milli.Az Azxeber.com-a istinadən xəbər verir ki, aktrisa bu barədə öz "İnstagram" səhifəsində paylaşım edib. O bildirib ki, heç bir ölkə vətəndaşlarını taliblərin əlinə buraxan Əşrəf Qaniyə sığınacaq verməməlidir.

Mia Xəlifə "Taliban"ı amerikalıların yaratdıqlarını və gücləndirdiklərini söyləyib. ABŞ-ı tənqid edən aktirisa daha sonra Əşrəf Qaniyə səslənib.

Qeyd edək ki, məşhur porno ulduz Əfqanıstan Prezidentinin "İbiza"ya qaçdığını söyləyib.

Milli.Az