Bu da "Taliban"ın xüsusi təyinatlıları - VİDEO

18 Avqust 2021 13:03

Əfqanstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatı şəhərlərdə təhlükəsizliyi təmin etmək üçün əlahiddə qüvvələrindən istifadə etməyə başlayıb.

Milli.Az bildirir ki, paytaxt Kabilin küçələrinə taliblərin "Xüsusi Təyinatlı Təhlükəsizlik Qüvvələri" yeridilib. Onlar küçələrdə blok-postlar və yoxlama məntəqələri yaradıblar.

Milli.Az