Aydan Şener gənc həmkarlarını qınadı

18 Avqust 2021 11:00

Türkiyəli aktrisa Aydan Şener gənc həmkarlarına iradını bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa onların plastik əməliyyat etdirməsinə qarşı olduğunu deyib:

"Gənclərin hamısını bəyənirəm. Hər biri çox gözəldir. Onlara tək məsləhətim gənc yaşda plastik əməliyyatlar etdirməsinlər. Bəziləri üz-gözü ilə çox tez oynamağa başlayırlar".

Milli.Az