Cəbrayılda daha 2 erməni hərbçinin qalıqları tapılıb

18 Avqust 2021 09:10

İşğaldan azad olunmuş Cəbrayıl rayonunda daha 2 erməni hərbçinin qalıqları aşkar olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, "Sputnik Armenia" saytı məlumat yayıb.

Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1636 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.

Milli.Az