Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşüb - VİDEO - FOTO

18 Avqust 2021 08:00

Avqustun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbul şəhərində keçirilən "IDEF - 2021" Beynəlxalq Müdafiə Sərgisinə səfər çərçivəsində Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarla görüşüb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, görüşdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, regional təhlükəsizlik, ikitərəfli münasibətlər, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Milli.Az