Lavrovdan Qarabağla bağlı yeni təklif

17 Avqust 2021 18:06

Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Avtomobil Daşıyıcıları Birliyinə Qarabağda iş imkanlarını nəzərdən keçirməyi təklif edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Lavrov burada infrastrukturun yenidən qurulduğunu bildirib:

"Orada indi infrastrukturun, avtomobil yollarının bərpası ilə bağlı aktiv iş gedir. Ona görə də bu perspektivli əraziyə yenidən baxmağı xahiş edərdim. O məncə iqtisadi sərfəli olacaq, vacib olan odur ki, bizim yaxın qonşuluğumuzda olan bu hissədə iqtisadi inkişaf Rusiyanın aktiv iştirakı ilə getsin", - deyə o bildirib.

Milli.Az