Kabildə ABŞ helikopteri atəş açdı - 3 ölü

17 Avqust 2021 17:54

Kabil şəhərində atışma zamanı 3 nəfər həlak olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  ABŞ-a məxsus helikopter paytaxtın Deh-Dabz adlı ərazisinin üzərindən uçarkən atəş açıb. 

Məlumata əsasən, insident zamanı daha 10 nəfər xəsarət alıb. Atəşin hansı səbəbdən açıldığı haqda əlavə detal yoxdur.   

Kabildə olan ABŞ nümayəndələri də məsələ ilə bağlı hələ açıqlama verməyib.

Milli.Az