Tanınmış model malikanəsini 13 milyona satdı - FOTOlar

17 Avqust 2021 18:00

Məşhur model Sindi Kroufor həyat yoldaşı iş adamı Rendi Qerberlə Beverli Hillsdəki malikanələrini "WhatsApp"ın qurucusu Con Kuma 13,5 milyon dollara satıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, cütlük bu satışdan 1.88 milyon dollar kar edib.

Qazancını daşınmaz əmlak sərmayəsi kimi dəyərləndirən Sindinin son 6 ildə ümumi mənfəəti təxminən 8 milyon dollara çatıb.

Qeyd edək ki, cütlük bundan başqa Mayamidə 3 milyon dollarlıq, Kanadada 5,4 milyon dollarlıq və Malibuda 12 milyon dollarlıq evlərə sahibdir.

Milli.Az