Xalq artisti bu adamı axtarır - VİDEO

17 Avqust 2021 18:42

Diqqətlə baxın! "El-Chaco" ailəvi restoranının qarşısından keçərkən bu hörmətli insan yerdən bir ovuc qızıl üzük və sırğa tapır. Götürüb səkinin üstünə qoyub gedir. Sahibi anam qədər əziz olan insan itən əşyalarını bu cür asanlıqla tapdı.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, bunu xalq artisti Gülyaz Məmmədova sosial şəbəkə hesabında yazıb.

Görüntüləri paylaşan xanəndə təşəkkür etmək üçün həmin şəxsi axtardıqlarını bildirib.

Milli.Az