“Taliban”dan qadınlara çağırış

17 Avqust 2021 14:06

"Taliban" hərəkatının nümayəndələri qadınları gələcək hökumətdə iştirak etməyə çağırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Al Hadath" telekanalı yayıb.

"Biz qadınların qurban olmasını istəmirik", - deyə hərəkatın nümayəndəsi kanala açıqlamasında qeyd edib. 

Qeyd edək ki, "Taliban" hərəkatının yaraqlıları avqustun 15-i Əfqanıstanın paytaxtı Kabilə daxil olub və hökumət qüvvələrinin tərk etdiyi dövlət müəssisələrini tutmağa başlayıb. Bunun ardınca, üzərində qadın təsviri olan mağazaların, gözəllik salonlarının vitrinləri bağlanılıb. 

Milli.Az