Donbasda daha bir Ukrayna hərbçisi ÖLDÜ

17 Avqust 2021 13:12

Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgəri həlak olub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb. 

Açıqlamada, Donbasın Zolotoye 4, Vodiyane, Şirokino, Novomihaylovka və Prisepilovka bölgələrində separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgərinin öldüyü bildirilib. Həmçinin ərazidə ATƏT-in nümayəndələrinin olduğu da qeyd olunub.  Məsələ ilə bağlı Avropaya (ATƏT) məlumat verilib.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələri  rusiyapərəst separatçıların atəşkəsi 5 dəfə pozduğunu açıqlayıb.

Milli.Az