Avtobus yük maşını ilə toqquşdu: 3 ölü, 2 yaralı

1 May 2010 14:23
Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 30-da saat 12:00 radələrində rayonunun Xırmandalı kəndi ərazisində Şərur rayon sakini Müzəffər Əliyevin idarə etdiyi "Hundai" markalı yük maşını ilə Sumqayıt şəhər sakini Akif İbrahimovun idarə etdiyi "Ford" markalı mikroavtobus toqquşub.

Nəticədə A.İbrahimovun sərnişinlərindən Biləsuvar rayon sakinləri Mətanət Əlizadə, Fatimə Əliyeva və Sevinc Əsgərova hadisə yerində ölüb, xəsarət almış Rəsmiyyə İsmayılova və Xalidə Əsgərova isə xəstəxanaya yerləşdirilib.

DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az