"Taliban" hökumət rəsmilərinə ümumi əfv elan edib, onları işə qayıtmağa çağırıb

17 Avqust 2021 12:48

"Taliban" hökumət rəsmilərinə ümumi əfv elan etdiyini bildirərək, onları işə qayıtmağa çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Taliban" bəyanat yayıb.

""Hamı üçün ümumi bir əfv elan edildi ... buna görə gündəlik həyatınıza tam əminliklə başlamalısınız", - deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, "Taliban" Əfqanıstana nəzarəti ələ keçirib, Prezident Əşrəf Qani istefa verərək ölkədən qaçıb.

Milli.Az