Yeni “Bugatti”nin qiyməti açıqlandı

17 Avqust 2021 11:36

Öncədən eksperimental layihə olaraq hazırlanan "Bugatti Bolide"in seriya istehsalına başlanacaq .

Milli.Az oxu.az-a istinadən bildirir ki, hiperkar 8 litrlik 16 silindirli və 1600 at gücü olan mühərriklə təchiz ediləcək.  

Çəkisi 1240 kq olan avto 40 nüsxədə hazırlanacaq.

Onun qiyməti isə 4 milyon avro təşkil edəcək.

Yeni "Bugatti"nin öz sifarişçilərinə çatdırılmasına 2024-cü ildən başlanacaq

Milli.Az