Bezos NASA-nı məhkəməyə verib

17 Avqust 2021 10:06

Multimilyarder Ceff Bezosa məxsus olan "Blue Origin" şirkəti ABŞ Aerokosmik Agentliyini (NASA) məhkəməyə verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Bezos NASA-nın aya eniş modulunun hazırlanması üzrə tenderi rəqib "SpaceX" şirkətinə verməsindən narazıdır. Milyarder tenderin şərtlərinin pozulduğunu iddia edib.

Qeyd edək ki, digər bir multimilyarder İlon Maskın "SpaceX" şirkəti aprel ayında NASA ilə Ay missiyası üçün 2.9 milyard dollar dəyərində "Starship" kosmik gəmisinin hazırlanması üzrə müqavilə bağlayıb. "Blue Origin"in analoji layihəsi isə 5.9 milyard dollar dəyərində olub.

Milli.Az