Türkiyədə sel qurbanlarının sayı açıqlandı

17 Avqust 2021 10:00

Türkiyənin Qərbi Qara dəniz bölgəsində yaşanan sel fəlakətinin qurbanlarının sayı artıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) sel fəlakəti ilə bağlı yeni məlumatlar açıqlayıb.

Məlumata əsasən, sel nəticəsində Kastamonu, Sinop və Bartında həlak olanların sayı 77-yə çatıb.

Bildirilir ki, Kastamonuda 62, Sinopda 14, Bartında isə 1 nəfər selin qurbanı olub. 

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seldən zərər görmüş bölgəyə səfər edib.

Milli.Az