Əfqanlar üzərək Özbəkistana keçdilər

17 Avqust 2021 08:53

Talibandan qaçan 158 əfqan vətəndaşı Əfqanıstanla sərhəddəki Amudərya çayını üzərək, Özbəkistana keçib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğu açıqlama yayıb.

Bildirilib ki, əfqanlar qeyri-qanuni yollarla Özbəkistanın Timriz rayonuna "sızıb". Məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az