Xəzərdə batan 2 nəfər xilas edilib

17 Avqust 2021 08:23

Bu gün Fövqəladə Hallar Nazirliyinin "Qızılqum" və "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən 2 nəfər batma təhlükəsi ilə üzləşib.

FHN-dən Milli.Az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas edilib.

Milli.Az