Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 165 nəfər həyatını itirib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 287 947 nəfər test edilib, onların 18 163-nün koronavirus testi pozitiv nəticə verib, 16 642 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci (44 357 483 peyvənd), ikinci (33 342 431) və üçüncü (6 815 458) mərhələ daxil 85 547 410 peyvənd tətbiq edilib.
Milli.Az