“Real” Kurtua ilə müqaviləni yenilədi

16 Avqust 2021 23:30

İspaniyanın "Real" klubu qapıçısı Tibo Kurtua ilə müqaviləni yeniləyib.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı qapıçı ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb.

Kurtua 2018-ci ilin avqustundan "Real"da çıxış edir. Onun əvvəlki müqaviləsi 2024-cü ilin yayına qədər idi.

Milli.Az