İtaliyadakı Kalderon buzlağı qlobal istiləşmə səbəbindən 10-20 il ərzində tamamilə məhv ola bilər

16 Avqust 2021 23:25

İtaliyanın mərkəzində yerləşən Kalderon buzlağı qlobal istiləşmə səbəbindən 10-20 il ərzində tamamilə yox olmaq təhlükəsi ilə üz-üzədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kalderon buzlağı qlobal istiləşmə nəticəsində illər ərzində bölünüb və kiçik parçalara ayrılıb. Qlobal iqlim dəyişikliyi fonunda hazırda havanın temperaturu daha da artır, nəticədə Kalderon buzlağının tamamilə yox olmaq təhlükəsi ortaya çıxır.

Apenin dağlarının ən hündür zirvəsi olan "Corno Grande"nin bir hissəsi Kalderon buzlağı ilə örtülüb. Qlobal istiləşmə səbəbindən buradakı buzlaq təxminən 20 il əvvəl ikiyə bölünmüşdü. Bu buzlaq XX əsrdə İspaniyanın Sierra Nevada əyalətində əriyən Corral del Veleta buzlağından sonra Avropanın cənubundakı ən böyük buzlaq kimi qiymətləndirilir.

Aparılan tədqiqata görə, 1916-1990-cı illərdə Kalderon buzlağının həcmi 90 faiz azalıb. İtalyanın Buz Elmləri Komitəsinin sədri Massimo Frezzotti deyib: "Avropanın cənubundakı bu buzlaq bizim üçün simvol idi. Lakin hazırda getdikcə kiçilir. Növbəti 10-20 ildə yox ola biləcəyini düşünürük".

Qeyd edək ki, anomal istilərin yay aylarında Mont Blan dağının İtaliya hissəsindəki qar kütlələrinin əhəmiyyətli dərəcədə əriməsinə səbəb olduğu və bunun ətraf kəndlər üçün təhlükə yaratdığı bildirilir.

Milli.Az