“Fənərbağça”nın hücumçusu sıradan çıxdı

16 Avqust 2021 22:25

Türkiyənin "Fənərbağça" klubu ciddi itki ilə üzləşib.

Milli.Az matc.az-a istinadən bildirir ki, İstanbul təmsilçisinin hücumçusu Sərdar Dursun zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Super Liqanın ilk turunun "Adana Dəmirspor"la matçının ikinci hissəsində zədələnən Sərdarın körpücük sümüyündə sınıq müəyyən edilib və müalicəsinə başlanılıb.
 
"Adana Dəmirspor" - "Fənərbaxça" matçı qonaqların minimal hesablı qələbəsiylə başa çatıb - 1:0.

Milli.Az