4-cü doza vaksin vurulacaq - Türkiyədə

16 Avqust 2021 20:55

Türkiyə Səhiyyə Nazirliyi əhalinin vaksinasiyası ilə bağlı yeni qərarlar qəbul edib.

Milli.Az "Haber Global"a istinadən xəbər verir ki, 2 doza "Sinovac", 1 doza "BioNTech" vaksini vurduran insanlar üçün 4-cü doza vaksin olunmaq seçimi təqdim olunub.

Bildirilib ki, ilk olaraq 4-cü doza vaksin olunmaq üçün səhiyyə işçilərinə və risk qrupuna daxil olan əhaliyə şərait yaradılacaq. /medicina.az

Milli.Az