Bakıda mənzildə 64 yaşlı qadının meyiti tapılıb

16 Avqust 2021 19:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Milli.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Rəhimova Zümrüd Salman qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az