Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var

16 Avqust 2021 14:54

Göygöl rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2106" və "QAZ 24" markalı avtomobillərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Elgün Əmiraslanov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az