Türkiyədə qəzaya uğrayan yanğınsöndürən təyyarəsinin qara qutusu Rusiyaya göndərilib

16 Avqust 2021 14:18

Türkiyənin Kahramanmaraş şəhərində qəzaya uğrayan Rusiyaya məxsus "Be-200" yanğınsöndürən təyyarəsinin qara qutusu Rusiyaya göndərilib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə yerində araşdırmalar artıq tamamlanıb.

Qara qutunun oxunmasından sonra qəzanın dəqiq səbəbləri müəyyən olunacaq.

Milli.Az