Mbappe PSJ ilə 6 illik müqavilə imzalamaqdan imtina edib

16 Avqust 2021 13:30

Fransa millisinin futbolçusu Kilian Mbappe PSJ-dən ayrıla bilər.

Milli.Az "Marca"ya istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Paris təmsilçisinin 6 illik yeni müqavilə təklifini rədd edib.

Fransalı forvard yay transfer dönəmi başa çatmamış İspaniya "Real Madrid"inə keçmək istəyir.

Qeyd edək ki, Mbappenin klubu ilə müqaviləsi 2022-ci ildə başa çatmalıdır.

Milli.Az