Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 676 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 484 254, ölənlərin sayı isə 6 436 nəfərə çatıb. Virusa yoluxanlardan 425 651 nəfərin sağaldığı bildirilir.
Milli.Az