Yıxıldı, başına 12 tikiş vuruldu

16 Avqust 2021 11:54

Aktyor Kubilay Akanın başına bədbəxt hadisə gəlib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyor ötən həftə evində yıxılaraq başını şüşəyə vurub. İlk yardıma qonşusu aktyor Aras Bulut İynemli çatan Kubilay xəstəxanaya yerləşdirilib. Onun başına 12 tikiş qoyulub.

Hazırda aktyorun müalicəsi ev şəraitində davam edir. 

Qeyd edək ki, Kubilay sonuncu dəfə "Cam tavanlar" serialında rol alıb.

Milli.Az